Blokpan Product

Natural gİps əsaslı

Məhsul haqqında

Natural gips əsaslı BLOKPAN təbii gipsdən hazırlanan hazır hörgü materialıdır. BLOKPAN daxili məkanlarda arakəsmələrin hörülməsində istifadə olunan mükəmməl məhsuldur. Bu məhsul ən son texnologiya və ən müasir avadanlıqlarla təhciz edilmiş AĞDAĞ zavodunda istehsal edilir. BLOKPAN 8 və 10 sm qalınlığında, eni 66.7 sm, hündürlüyu isə 50 sm ölçülərində olan monolit hörgü materialıdır. Rahat tətbiqi qısa müddət ərzində ən yüksək keyfiyyət tələblərinə cavab verən arakəsmələr hörməyə imkan verir. Xüsusiyyətlərindən və tətbiq sahələrindən asılı olaraq BLOKPAN arakəsmələrinin standart (ağ rəngli) və hidrofobizə (rütubətə dözümlü, göy və ya yaşıl rəngli) olmaqla iki növü vardır.

Kataloqu yüklə

4 İş 1 məhsulda


Kərpİc


Qara suvaq


Astar


Üzlük

Blokpan Product
Blokpan
Usage example

İstİfadə sahələrİ

- Daşıyıcı olmayan arakəsmələrin hörülməsində;

- Standart BLOKPAN məhsulundan (quru və rütubət 60%-ə kimi ) ev, ofis, iaşə obyektləri və s. yerlərdə arakəsmələrin hörülməsində istifadə olunur;

- Hidrofobizə edilmiş BLOKPAN arakəsmələrindən nəm rejimli (rütubət 60 %-dən yüksək olan) yerlərdə arakəsmələrin hörülməsində istifadə olunur.


Üstünlüklərİ

- Hörgü işi tez və ucuz başa gəlir;

- Daxili məkanlarda kərpici əvəz edir;

- BLOKPAN arakəsmələrinin səthi hamardır, qara suvağa, astar və üzlük şpatlyovkaya ehtiyac qalmır;

- BLOKPAN arakəsmələrinin üzərinə boya və divar kağızı birbaşa vurulur;

- Asanlıqla podmayak səth almaq olur;

- Evlərdə və ofislərdə otaqların genişliyinə imkan yaradır;

- İstilik və səs izolyasiya qabiliyyətinə malikdir;

- Asan hörülür;

- Ekoloji sağlamdır;

- Hazır divarlarda sınma və ya çatlama ehtimalı yoxdur;

- Zəlzələyə və yanğına davamlıdır;

- Hiqroskopikdir (otağın rütubətini tənzimləyir), otaqlar nəfəs alır.

Usage example

İstİfadə qaydaları

"avanqard n" mmc

Qaradağ rayonu

Bakı - Qazax şossesi 27-ci km

Tel.: *3030, (+99412) 342 99 33

Faks: (+994 12) 342 93 00

E-mail: info@blokpan.com